Starlink peyk interneti təyyarədə test edilib (VİDEO)
Elm & Texnologiya
06.09.2024
Emil Nəcəfov
The Wall Street Journal jurnalisti təyyarədə peyk internetinin hansı səviyyədə çalışdığını yoxlamaq qərarına gəliblər. Qısa desək, əldə edilmiş nəticələr onları sözün yaxşı mənasında təəccübləndirib. Təyarədə adi Wi-Fi şəbəkəsi əsasən zəif sürətli olur və çox zaman qoşulmada qırılmalar yaşanır. SpaceX-in Starlink adlı peyk interneti halında isə vəziyyət tamamilə fərqlidir. The Wall Street Journal-ın jurnalisti Joan Stern, Starlink peyk internetini təyyarədə test edib.
Test zamanı jurnalist təyyarənin havada olduğu halda Starlink vasitəsilə saniyədə 100 Mbit download sürətini və saniyədə 12.5 Mbit upload sürətini əldə edib. Bununla belə siqnal gecikməsi cəmi 29 millisaniyə təşkil edib. Bununla yanaşı test çərçivəsində Starlink-ə smartfon, noutbuk və planşet də daxil olmaqla 10 ədəd cihaz qoşulub. Nəticədə onlar problemsiz olaraq online şəkildə videonu işə sala biliblər. Bundan əlavə olaraq jurnalist təyyarədə olan zaman Starlink vasitəsilə videokonfrans da keçirə bilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Starlink smartfonlarda pulsuz SOS xidmətini istifadəyə verəcək
Elon Musk elan edib ki, SpaceX şirkətinin Starlink adlı peyk interneti layihəsi bütün dünyada pulsuz şəkildə təcili SOS xidmətini istifadəyə verəcək.
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
Özəl şirkətlərin kosmik uçuş sayları 4 ildən sonra 2 dəfə çoxala bilər
ABŞ Federal Aviasiya İdarəsinin (FAA) gözləntilərinə əsasən lisenziyalı kosmik uçuşların sayı hər il sürətlə artmaqda davam edəcək.
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, SpaceX şirkəti Texas ştatının Boka-Çika adlı kəndi yaxınlığında yerləşən Starbase adlı kosmodromunda Starfactory adlı zavodu istifadəyə verib.
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər
Kosmik uçuşlar sahəsində heç də az olmayan sayda nailiyyətlər əldə etmiş SpaceX şirkəti özəl şirkət olaraq qalır.
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
NASA SpaceX şirkəti ilə 843 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən SpaceX şirkəti növbəti 10 il ərzində BKS-in (Beynəlxalq Kosmik Stansiya) orbitini təhlükəsiz şəkildə aşağı salmağa imkan verəcək və nəticədə onun istismardan çıxarılmasına imkan verəcək kosmik aparatı inşa etməlidir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!