main-post-cover

    Yeni fərziyyə kainatın tarixini dəyişə bilər

    Elm & Texnologiya
    13.02.2025
    Emil Nəcəfov
         Fiziklər radikal bir fikir irəli sürüblər. Kainatın tarixində enerji paylanmasının baş vermədiyi durğunluq dövrləri mövcud ola bilərdi. Bu, qaranlıq materiya, qaranlıq enerji və hətta kainatın genişlənməsi barədə təsəvvürlərimizi dəyişə bilər. Böyük Britaniya, ABŞ və İsraildən olan fiziklər kainatın tarixində kosmik durğunluq dövrlərinin ola biləcəyi ideyasını irəli sürüblər. Bu dövrlər kosmosun ənənəvi təkamül prosesini pozmuş ola və onların təsiri qaranlıq materiyanı və digər astronomik sirrləri izah edə bilər. Kainat necə dəyişdi? Böyük Partlayış təxminən 13.8 milyard il əvvəl kainatın genişlənməsinə səbəb oldu. Zaman keçdikcə enerji müxtəlif formalara bölündü və bu, kosmik dövrlərin bir-birini əvəz etməsinə gətirib çıxardı.
    - İnflyasiya dövrü – Qısa, lakin sürətli genişlənmə mərhələsi
    - İsinmə dövrü – Vakuum enerjisi maddəyə və şüalanmaya çevrildi
    - Şüalanma dövrü – Elektromaqnit şüalanması üstünlük təşkil edirdi
    - Materiya dövrü – Ulduzlar və qalaktikalar formalaşdı
    - Qaranlıq enerji dövrü – Kainatın sürətlənmiş genişlənməsi başladı və bu proses hələ də davam edir.
    Bəs əgər bu dövrlər arasında uzunmüddətli sabitlik mərhələləri olubsa?

    Kosmik durğunluq: Bunun mənası nədir?

         Alimlər fərz edirlər ki, kainatın tarixinin müəyyən anlarında genişlənmənin davam etməsinə baxmayaraq maddə, şüalanma və qaranlıq enerji arasındakı tarazlıq dəyişməz qala bilərdi. Bu dövrlərdə heç bir enerji forması dominant deyildi, nəticədə kainatın təkamülü müvəqqəti olaraq dayanmış kimi görünürdü. Maraqlıdır ki, bu hipotez aksionlar - qaranlıq materiyanı izah edə biləcək nəzəri hissəciklər.
         Modelləşdirmə göstərib ki, əgər ağır hissəciklər parçalanaraq enerji buraxırdısa, bu, klassik kosmik təkamül mərhələlərini əvəz edən durğunluq dövrləri yarada bilərdi. Əgər bu hipotez doğru olarsa, o, Hubble problemini - kainatın genişlənmə sürətinin ölçüləri arasındakı uyğunsuzluq - həll etməyə kömək edə bilər. Əgər kainat həqiqətən durğunluq dövrləri yaşayıbsa, bu, onun inkişaf tempinin qiymətləndirilməsinə təsir etmiş ola bilər. Bundan əlavə, bu nəzəriyyəyə görə, inflyasiya dövrü əslində sürətli genişlənmə deyil, durğunluq mərhələsi ola bilərdi. Bu yanaşma, əlavə fərziyyələrə ehtiyac olmadan, onun necə sona çatdığını izah edə bilər.

    Hipotezi necə yoxlamaq olar?

    Alimlər kosmik durğunluğun mövcudluğunu sübut etmək üçün iki üsul təklif edirlər:
    - Qravitasiya dalğaları - onların xüsusiyyətləri erkən kainatda baş vermiş durğunluq izlərini əks etdirə bilər
    - Qaranlıq materiyanın strukturu - durğunluq dövrləri onun kainatda paylanmasını dəyişdirə bilər və bu dəyişikliklər müşahidələr vasitəsilə qeydə alına bilər.
         Əgər bu cəsarətli hipotez təsdiqlənsə, bu, kainat haqqında mövcud təsəvvürləri dəyişdirəcək və əsas kosmoloji modellərin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.
    Mənbə: New Scientist
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alfa Sentavr ulduz sisteminin maddə zərrəcikləri artıq Günəş sisteminə daxil olublar
    alfa-sentavr-ulduz-sisteminin-madde-zerrecikleri-artiq-gunes-sistemine-daxil-olublar
    Yer kürəsinin daxili nüvəsi öz formasını dəyişir
    yer-kuresinin-daxili-nuvesi-oz-formasini-deyisir
    Çin planetar müdafiəni hazırlamağa start verib
    cin-planetar-mudafieni-hazirlamaga-start-verib
    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
    kosmosun-derinliklerinden-gelmis-20-den-cox-radiosiqnal-qeyde-alinib
    Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
    planetimiz-yeni-qorxulu-iqlim-merhelesine-kecid-edib